xebermen.az

"Qara qutu" DEŞİFRƏ EDİLDİ - Astana bu prosesin başa çatmasını gözləyir

25-12-2025, 21:07

 

Qazaxıstan Nəqliyyat Nazirliyi bir il əvvəl Aktau hava limanı yaxınlığında baş verən AZAL təyyarəsinin qəzası ilə bağlı istintaqın gedişatı ilə bağlı ara hesabat dərc edib.

Hesabatda bildirilir ki, hazırda istintaq komissiyası texniki xidmətin mərkəzi kompüterinə aid kasetin tədqiqat işlərinin tamamlanmasını, eləcə də münaqişə zonaları üzərindən və ya onlara yaxın uçuşlar zamanı risklərin təhlilini aparmalı olan işçi qrupunun hesabatının hazırlanmasını gözləyir.

Qeyd olunub ki, nəticələr obyektiv və faktlara əsaslanan olacaq, yekun hesabat isə Qazaxıstan Nəqliyyat Nazirliyinin saytında dərc ediləcək.

Həmçinin vurğulanıbki, komissiya bort qeydiyyatçılarının (qara qutuların) məlumatlarını artıq deşifrə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31