xebermen.az

Vensdən ilk AÇIQLAMA - “Tramp dəfələrlə Venesuelaya...”

3-01-2026, 21:43

 

ABŞ Prezidenti Donald Tramp narkotik qaçaqmalçılığının dayandırılması və Karakas tərəfindən oğurlanmış neftin geri qaytarılması müqabilində Venesuelaya dəfələrlə güzəştlər təklif edib.

Bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens bu barədə X sosial media platformasında yazıb.

"Prezident dəfələrlə çıxış variantları təklif edib, lakin proses boyunca o, narkotik qaçaqmalçılığının dayandırılmalı və oğurlanmış neftin ABŞ-a qaytarılmalı olduğunu açıq şəkildə bildirib", - deyə o yazıb.

ABŞ Prezidenti Donald Tramp daha öncə Amerika qüvvələrinin 3 yanvarda Venesuelaya hava hücumu başlatdığını təsdiqləyib. O, həmçinin ölkə lideri Nikolas Maduro və həyat yoldaşının Delta Force əsgərləri tərəfindən tutularaq Venesueladan çıxarıldığını bildirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31