xebermen.az

Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı

4-01-2026, 20:59

 

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin “Vaşinqton Tayms” ("The Washington Times") qəzetinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər erməni mediasında da geniş tirajlanıb. Bəzi politoloqlar, xüsusilə Azərbaycana münasibətdə ən radikal mövqe sərgiləyən və azərbaycanlıları daim aşağılamaqla düşmənçiliyi körükləyənlər isə bundan ciddi narahatlıq keçiriblər.

Xüsusilə Hikmət Hacıyevin “Biz təkcə Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə sülh qururuq” fikirləri bəzilərində isterika yaradıb.

İranşünas Vardan Voskanyanın buna qarşı qeydlərini - guya Azərbaycanın “Ermənistanı “hakimiyyət və cəmiyyət olaraq” iki yerə ayırması üzərindən panikası əlbəttə ki, əsl “narahatlığını” ört-basdır etmə cəhdidir.

Məsələ ondadır ki, erməni revanşistlər (Voskanyan da onların sırasındadır) sülh prosesinə mane olmağa çalışırlar, ancaq Azərbaycanın strateji yanaşması, həm də erməni xalqı ilə sülh yaratması onların məkrli planlarını məhv edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31