xebermen.az

Metroda nə qədər yol getsən, o qədər ödəyəcəksən - Açıqlama

7-01-2026, 16:26

 

Hazırda vahid tarif modeli tətbiq olunsa da, analitik qiymətləndirmələr davam etdirilir. Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər.

Bunu Bakı Metropoliteni QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli Marja.az-a müsahibəsində tarif dəyişiklikləri haqqında danışarkən bildirib.

Departament rəhbəri qeyd edib ki, tarif dəyişikliyinin əsas məqsədi gəlirləri artırmaqdan daha çox, xidmətin təhlükəsizliyini, etibarlılığını və dayanıqlılığını təmin etməkdir:

“Yeni tarif çərçivəsində işarəvermə və enerji sistemlərinin təkmilləşdirilməsi, hərəkət qrafikinin daha sabit və çevik qurulması, intervalın azaldılması, o cümlədən 34 cüt qatarla istismar imkanlarının genişləndirilməsi və stansiyalarda xidmət keyfiyyətinin yüksəldilməsi kimi istiqamətlər prioritet təşkil edir. Görülən işlərin nəticələri növbəti maliyyə və fəaliyyət hesabatlarında əksini tapacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31