xebermen.az

Tramp elan etdi: Növbə bu ölkənindir

9-01-2026, 10:54

 

ABŞ prezidenti Donald Tramp bir daha Latın Amerikasında narkotik kartellərinə qarşı quru əməliyyatlarına başlandığını elan edib.


Tramp narkotacirlərin qonşu Meksikanı faktiki olaraq nəzarətdə saxladığını iddia edib. Ağ Ev rəhbəri qeyd edib ki, ABŞ su yolu ilə gələn 97 narkotik qaçaqmalçılığı yolunu bağlayıb.


Tramp “Fox News”dan Şon Hannitiyə verdiyi müsahibədə bildirib: "İndi qurudakı kartellərə zərbə endirməyə başlayacağıq. Meksikada narkotik kartelləri fəaliyyət göstərir. Bu ölkənin başına nə gəldiyini görmək çox kədərlidir".


Eyni zamanda, Tramp bu cür hücumların başlaması üçün müəyyən bir müddət göstərməyib. Yeri gəlmişkən, Tramp əvvəllər narkotik kartellərinə qarşı quru hücumları barədə danışmış və əməliyyatın yalnız Venesuela ilə məhdudlaşmayacağını vurğulamışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31