xebermen.az

İrəvan İran ermənilərilə əlaqə saxlaya bilmir: Bu addımı atacaqlar

12-01-2026, 16:46

 

Ermənistanın Diaspora İşləri üzrə Ali Komissarlığının Ofisi cümə günündən bəri İrandakı həmvətənləri ilə əlaqə saxlaya bilmir ki, bu da ciddi narahatlıq doğurur. 

Diaspora İşləri üzrə Ali Komissar Zare Sinanyan bunu bazar ertəsi keçirilən mətbuat konfransında bildirib.

Sinanyan qeyd edib ki, "Oxşar vəziyyət İsrail və İran arasında 12 günlük müharibə zamanı (2025-ci ilin iyun ayında - red.) da yaranıb".

Onun sözlərinə görə, həmin vaxt sərhədi keçən həmvətənlərindən məlumat alıblar.

Rəsmi şəxs əlavə edib ki, bu gündən etibarən agentlik oxşar ssenari üzrə hərəkət etmək niyyətindədir.

İranda kütləvi etirazlar 2025-ci ilin dekabr ayının sonlarında İran rialının kəskin devalvasiyası fonunda başlayıb. Narazılığın əsas səbəbləri valyuta məzənnəsindəki dalğalanmalar və topdan və pərakəndə satış qiymətlərinin artması idi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31