xebermen.az

11 milyard ildən çox yaşı olan qamma-partlayış şüası qeydə alındı

21-01-2026, 09:58

 


Rusiya istehsalı olan "239Alfyorov" peyki təxminən 11.3 milyard il əvvəl baş vermiş GRB 260101A adlı qamma-partlayışı qeydə alıb.

Bu barədə "Geoskan" şirkətinin mətbuat xidməti məlumat yayıb.

Alimlərin qiymətləndirməsinə görə, partlayış kainatın yaşı təxminən 2.5 milyard il olduğu dövrdə baş verib. Astronomlar müəyyən ediblər ki, şüa Yerə çatmaq üçün təxminən 11.3 milyard illik yol qət edib.

Tədqiqatçıların məlumatına görə, qamma-partlayışın mənbəyi iri ulduzun nüvəsinin qravitasiya kollapsı ilə əlaqədardır. Bu obyektin kütləsi Günəşin kütləsindən ondəfələrlə böyük olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31