xebermen.az

Qrenlandiyanın Baş nazirindən sakinlərə ŞOK ÇAĞIRIŞ - “Ərzaq ehtiyatı toplayın”

21-01-2026, 10:01

 

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen mətbuat konfransında yerli sakinləri ərzaq ehtiyatı toplamağa çağırıb.


Bu barədə "Bloomberg" məlumat yayıb.


O, adaya qarşı güc tətbiqinin mümkün olmadığını, lakin bunu istisna edə bilməyəcəyini söyləyib.


Nilsen hökumətin əhali üçün yeni tövsiyələr hazırladığını vurğulayıb: sakinlərə evdə beş günlük ərzaq ehtiyatı saxlamaları tövsiyə olunur. Bundan əlavə, sakinlərin gündəlik həyatda yarana biləcək hər hansı bir çətinliyə hazırlaşmalarına kömək etmək üçün yerli hökumət nümayəndələrindən ibarət işçi qrupunun yaradılması planlaşdırılır.


Qrenlandiya Danimarkanın bir hissəsidir , lakin 2009-cu ildə özünüidarəetmə imkanı ilə muxtariyyət qazandı. Bununla belə, ABŞ prezidenti Donald Tramp dəfələrlə adanın ABŞ-ın bir hissəsinə çevrilməli olduğunu bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31