xebermen.az

Zelenski Trampla "Patriot" raketlərinin tədarükü ilə bağlı razılığa gəldi

24-01-2026, 12:39

 

Ukrayna Prezidenti Volodimir Zelenski “Patriot” sistemləri üçün nəzərdə tutulan PAC-3 raketlərinin tədarükü barədə amerikalı həmkarı Donald Trampla razılığa gəldiyini açıqlayıb.


Ukrayna lideri Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Trampla hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığını müzakirə etdiyini söyləyib.


“Mən Prezident Trampla danışaraq “Patriot” üçün PAC-3 raketlərini aldım, amma neçə dənə olduğunu deməyəcəyəm. Davos səfəri isə həm qlobal məsələlərin müzakirəsi, həm də Ukraynanın səmasını qorumaq üçün konkret praktiki tapşırıqların həlli baxımından uğurlu keçib”, - Zelenski qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31