xebermen.az

Almaniyadan ukraynalı qaçqınlara zərbə: Apreldən etibarən 700 min nəfər...

30-01-2026, 20:31

 

Almaniya ukraynalı qaçqınlara maliyyə dəstəyini azaltmağı planlaşdırır.

Bu barədə "Welt" nəşri məlumat yayıb.

Bildirilir ki, yeni planlara əsasən, ukraynalı qaçqınlar mövcud sosial yardım mexanizmi əvəzinə sığınacaq axtaran şəxslər üçün nəzərdə tutulan qanun çərçivəsində ödənişlər alacaqlar. Bu isə müavinətlərin həcminin əhəmiyyətli dərəcədə azalması deməkdir.

Bu plan Bərabərlik Sosial Təminatı Assosiasiyası tərəfindən tənqid edilib. Təşkilat bildirib ki, bu addım minlərlə insanı yoxsulluq riski ilə üz-üzə qoyacaq və onların əmək bazarına inteqrasiyasını daha da çətinləşdirəcək.

Məsələ yaxın vaxtlarda Federal Şura tərəfindən müzakirəyə çıxarılacaq. Qərar təsdiqlənərsə, dəyişikliklərin 2026-cı ilin aprelindən etibarən qüvvəyə minməsi planlaşdırılır.

Qeyd edək ki, hazırda Almaniyada təxminən 1,2 milyon ukraynalı yaşayır. Onlardan təqribən 700 mini sosial müavinət alır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31