xebermen.az

Üç həftəlik yanacaq ehtiyatı qaldı - Fəlakətli nəticələrə səbəb olacaq...

2-02-2026, 10:32

 

Kuba ciddi yanacaq çatışmazlığı ilə üzləşib.

Bu barədə “The Guardian” yazıb.

Nəşr bildirir ki, təchizatın tam dayanması adanın infrastrukturu üçün fəlakətli nəticələrə səbəb ola bilər. Texas Universitetinin enerji üzrə eksperti Xorxe Pinyonun sözlərinə görə, dizel yanacağı çatışmazlığının nəticələri Kuba üçün fəlakət hesab olunmalıdır. Çünki dizel yanacağı sərnişin və kommersiya nəqliyyatında, dəmir yollarında, kənd təsərrüfatında, sənayedə, su təchizatında və şəkər qamışı istehsalında geniş istifadə olunur.

“Kpler” analitik şirkətinin məlumatlarına görə, bu il Kubaya yalnız bir neft partiyası daxil olub – Meksikadan 84,9 min barel.

Cari ehtiyatlar nəzərə alındıqda, əlavə tankerlər gəlməzsə, ölkədə yanacaq ehtiyatları növbəti üç həftə ərzində tükənə bilər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Meksikanın Kubaya neft tədarükünü dayandırdığını bəyan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31