xebermen.az

Dünya yeni istilik dalğasına hazırlaşır: 2027-ci ildə rekord temperatur gözlənilir

10-02-2026, 09:39

 

Sakit okeanda "El-Ninyo" tendensiyasının formalaşması 2027-ci ildə qlobal temperaturun tarixi rekord səviyyəsinə yüksəlməsinə səbəb ola bilər.

Milli Okean Atmosfer Administrasiyası (MOAA) və Avstraliyanın Meteorologiya Bürosu (AMB) bəzi iqlim modellərinin bu ilin sonunda "El-Ninyo" ehtimalını göstərdiyini açıqlayıb.

Hər iki qurum proqnozların qeyri-müəyyən olduğunu vurğulayır.

"El-Ninyo" Sakit okeanın şərqində dəniz səthinin normadan yüksək qızması ilə xarakterizə olunur və qlobal istiliyin artmasına təsir edir. Bu hadisə Avstraliyada daha isti və quraq hava şəraiti ilə əlaqələndirilir.

Bəzi alimlər iyun-avqust aylarında "El-Ninyo" ilə neytral vəziyyət arasında ehtimalın təxminən 50/50 olduğunu qeyd ediblər.

Mütəxəssislər bildiriblər ki, bu ilin sonunda yeni "El-Ninyo" baş verərsə, təsiri, əsasən, 2027-ci ildə hiss olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31