xebermen.az

"Crocus" terroru: təqsirli bilinənlərə ömürlük həbs cəzası istənildi

16-02-2026, 20:58

 

Rusiya məhkəməsində dövlət ittihamçısı Moskvada "Crocus City Hall" konsert kompleskində törədilən terror aktına görə təqsirləndirilən 4 nəfərə ömürlük həbs cəzası istəyib.

Məhkəmə prosesi 2-ci Qərb Dairə Hərbi Məhkəməsində keçirilib.

Təqsirləndirilən şəxslər terror fəaliyyətinə hazırlıq, qanunsuz silah ticarəti, terror təşkilatında iştirak və terror aktı törətməkdə ittiham olunurlar.

Prokuror hərbi məhkəmədən Şəmsiddin Fariduni, Dalerjon Mirzoyev, Məhəmmədsobir Fayzov və Səidakram Murodali Raçabalizoda üçün xüsusi rejimli cəza koloniyasında ömürlük həbs cəzası təyin edilməsini xahiş edib.

Qeyd edək ki, konsert zalına hücum 2024-cü il martın 22-də axşam baş verib. “Piknik” qrupunun çıxışından əvvəl silahlı şəxslər zala daxil olaraq tamaşaçılara atəş açıblar. Hücum nəticəsində 149 nəfər ölüb, 1 nəfər itkin düşüb, 609 vətəndaş yaralanıb. Hücum nəticəsində dəyən ziyan təxminən 6 milyard rubl təşkil edib. (Teleqraf)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31