xebermen.az

Uşaqlar və böyüklər üçün sosial şəbəkə limiti nə qədər olmalıdır? - Mütəxəssis açıqladı

18-02-2026, 10:33

 

Sosial şəbəkələrdən istifadə böyüklər üçün gündə 40 dəqiqədən, uşaqlar üçün isə 30 dəqiqədən çox olmamalıdır.

Bunu Rusiya Elmlər Akademiyasının N.P.Bextereva adına İnsan Beyni İnstitutunun direktoru Mixail Didur bildirib.

"Əgər bu sadəcə darıxdırıcı müşahidədirsə, mən gündə 20-40 dəqiqəlik vaxt məhdudiyyəti qoyardım. Uşaq üçün isə yarımsaatlıq limit kifayət edər", - deyə Didur bildirib. O, informasiya gigiyenasına riayət etməyin vacibliyini vurğulayıb.

Alimin sözlərinə görə, uşaqlar və yeniyetmələr üçün sosial mediadan istifadə ilə bağlı aydın qaydaların müəyyən edilməsi xüsusilə vacibdir. O izah edib ki, bu, onlara əldə etdikləri məlumatlara qarşı daha diqqətli olmağa yardım edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31