xebermen.az

İranlı tələbələrin etirazları davam edir - Ölənlər var

23-02-2026, 10:22

 

İranlı tələbələr artıq ikinci gündür ki, bir neçə universitetdə etiraz aksiyaları keçirirlər.

Bu barədə "Reuters" agentliyi İranın xəbər agentliklərinə və sosial şəbəkələrdəki paylaşımlara istinadən məlumat yayıb.

Yeni iğtişaşlar yanvar ayında baş vermiş və 1979-cu il İran İslam İnqilabından bəri ən genişmiqyaslı aksiyalar hesab olunan hökumət əleyhinə nümayişlərin ardınca gəlir.

İran dövlət televiziyası Tehranda yanvar iğtişaşlarına qarşı keçirilən aksiyalarda iştirak edən hökumətyönlü tələbələrə hücum edən və guya onları daşa basan "özlərini tələbə kimi qələm verən" şəxslərin videogörüntülərini nümayiş etdirib.

Mənzil-qərargahı ABŞ-da yerləşən HRANA insan haqları təşkilatının paylaşdığı videolara əsasən, etirazlar ölkənin şimal-şərqindəki Məşhəd universitetlərində də baş tutub. Təşkilat təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində yaralananların olduğunu bildirib.

Ötən gün yayılan bir videoda isə Şərif adına Tehran Texnologiya Universiteti yaxınlığında yürüş edən iştirakçıların ali lider ayətullah Əli Xameneini pislədikləri və devrilmiş İran şahının sürgün olunmuş oğlu Rza Pəhləvinin monarxiyasının bərpa edilməsinə çağırdıqları əks olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31