xebermen.az

Sosial ödəniş alanların nəzərinə

24-02-2026, 17:18

 

Bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu dövlət büdcəsi hesabına 892 min şəxsə 175 milyon manat müavinət və Prezident təqaüdü ödəyib.

Bu barədə nazirlik məlumat yayıb

Məlumata görə, onlardan 485 min nəfərə müavinət olaraq 107 milyon manat, 407 min nəfərə Prezidentin təqaüdü olaraq 68 milyon manat ödəniş həyata keçirilib. Ötən ilin eyni dövrünə müavinətlər üzrə ödənilən vəsait 16 %, Prezident təqaüdləri üzrə ödənilən vəsait isə 18 % çox olub.

Yanvar ayında daha 16 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 895 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31