xebermen.az

Bakıda mənzillərin ən çox bahalaşdığı rayonlar - Siyahı

12-03-2026, 10:00

 

2026-cı ilin əvvəlində Bakının daşınmaz əmlak bazarında ən yüksək aktivlik şəhərin mərkəzi rayonlarında müşahidə olunur.


Bu barədə məlumat verən Vüqar Orucun sözlərinə görə, xüsusilə Səbail, Yasamal və Nəsimi rayonları fevral ayında da bazarın ən aktiv zonaları olub.


Onun sözlərinə görə, bu rayonların mərkəzi ərazilərdə yerləşməsi, inkişaf etmiş biznes və xidmət infrastrukturu, həmçinin yeni tikinti layihələrinin investisiya baxımından cəlbedici olması qiymətlərin daha sürətli artmasına səbəb olub:


"Xüsusilə Səbail rayonunda torpaq sahələrinin məhdudluğu və premium seqmentin payının yüksək olması qiymətlərin daha dinamik artmasına təsir edir".


İnzibati rayon Yeni tikili Köhnə tikili Özül
Nərimanov +0.9% +0.7% +1.1%
Yasamal +1.0% +0.8% +1.2%
Binəqədi +0.8% +0.6% +1.0%
Xətai +0.9% +0.7% +1.1%
Sabunçu +0.8% +0.7% +1.0%
Səbail +1.1% +0.9% +1.3%
Nəsimi +1.0% +0.8% +1.2%
Qaradağ +0.6% +0.6% +0.8%
Suraxanı +0.7% +0.7% +0.9%
Pirallahı +0.5% +0.4% +0.6%
Nizami +1.0% +0.8% +1.1%
Xəzər +0.7% +0.6% +0.8%






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31