xebermen.az

Trampın müşavirindən həyəcan təbili - İsrail məhv edilə bilər

16-03-2026, 18:11

 

ABŞ prezidenti Donald Trampın baş müşavirlərindən biri Devid Saks İrana qarşı müharibənin gedişatını tənqid edib.

 "All In" podkastında verdiyi açıqlamada Saks İsrailin müharibədə ciddi şəkildə hədəfə alındığını söyləyib.

“İsrail tarixinin ən çətin dövründən daha çox zərbə alır və biz bunun yalnız ikinci həftəsindəyik. Müharibə davam edərsə, vəziyyət daha da pisləşə və İsrail məhv edilə bilər”, - deyə o qeyd edib.

Saks müharibənin daha da şiddətlənməsinin qarşısını almaq üçün diplomatik yolun vacibliyini vurğulayıb: “Çıxış yolu tapmağa çalışmalıyıq. Qələbə elan edib geri çəkilmək üçün yaxşı vaxt ola bilər”.

O həmçinin Təl-Əvivin nüvə silahlarından istifadə etmə ehtimalı barədə xəbərdarlıq edib:

“İsrailin nüvə silahlarından istifadə etməyi düşünərək müharibəni qızışdıracağı ilə bağlı narahatlıq var və bu, həqiqətən fəlakət olardı”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31