xebermen.az

Alimlər həyatın mümkün ola biləcəyi yeni planetlər kəşf ediblər

24-03-2026, 13:16

 

Amerikalı alimlər nəzəri cəhətdən həyatın mümkün olduğu onlarla planet kəşf ediblər.

Araşdırmaların nəticələri "Monthly Notices of the Royal Astronomical" nəşrində dərc olunub.

Məlumatla görə, alimlər empirik yaşayış zonasında yerləşən 45 qayalıq planet müəyyən ediblər. Daha 24 obyekt isə həyatın mövcudluğu üçün şəraitin ən əlverişli sayıldığı daha dar üçölçülü zonaya aiddir.

Yeni kəşflərdən biri "Proksima Sentavr b" ekzoplanetidir. O, Yerdən təxminən 4.2 işıq ili məsafədə yerləşir və həyat üçün potensial olaraq yararlı olan ən yaxın planetlərdən biri hesab edilir.

Bundan əlavə, mütəxəssislər qeyd ediblər ki, sözügedən planetlər Yer kürəsindən o qədər uzaqdadır ki, indiki mərhələdə bəşəriyyət onlara çata və nəzəriyyələrini təsdiqləyə bilmir.

Buna baxmayaraq, əldə edilən məlumatlar axtarış meyarlarını dəqiqləşdirməyə və müşahidələri kosmosun ən perspektivli sahələrində cəmləşdirməyə imkan verir.

Müəlliflər vurğulayırlar ki, yaşayış zonalarının müəyyən edilməsi həyat üçün şəraitin mövcud ola biləcəyi ekzoplanetləri daha səmərəli şəkildə aşkar etməyə kömək edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31