xebermen.az

Xəzərdə ekoloji fəlakət - Çimərliklərin 70 faizini bağladılar

29-03-2026, 15:08


Xəzər dənizindəki çirklənmə səbəbindən Dağıstandakı çimərliklərin təxminən 70%-i bağlanıb.

Bu barədə "Mash" Teleqram kanalı məlumat yayıb.

Qeyd edilib ki, Dağıstan sakinləri sahil xəttində kütləvi şəkildə ölmüş suiti və quş cəsədləri tapırlar. Heyvanların bəziləri yarımcan halda aşkarlanır. İlkin məlumatlara görə, heyvan ölümlərinə dənizə şəhər çirkab sularının axıdılması səbəb ola bilər.

"Mash"ın məlumatına görə, Mahaçqalada dəniz suyu nümunələri tələblərə tamamilə cavab vermir. Kaspiyskdə 37,5, Dərbənddə 11,1, İzberbaşda 25 və Kayakent rayonunda isə 40% tələblərə cavab verir. Teleqram kanalı qeyd edib ki, yerli sakinlər və turistlər dəfələrlə dənizin çirklənməsi barədə hakimiyyət orqanlarına məlumat veriblər, lakin problem hələ də qalmaqdadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31