xebermen.az

Səmada möhtəşəm şou: Beş planet bir xəttə düzüləcək

16-04-2026, 09:48

 

Günəş sisteminin beş planetinin səmada toplaşacağı növbəti böyük planetlər paradı 2040-cı il sentyabrın 8-də baş tutacaq.

Bu barədə Moskva Planetariumunun nümayəndəsi, astronom Lyudmila Koşman məlumat verib.

Onun sözlərinə görə, həmin gün Merkuri, Venera, Mars, Yupiter və Saturn eyni vaxtda səmada müşahidə olunacaq. Eyni zamanda, Venera ilə Saturn arasında Ayın nazik hilalı da görünəcək.

Qeyd olunur ki, 2026-cı ilin aprel ayının sonu - mayın əvvəlində dörd planetdən ibarət kiçik parad gözlənilsə də, Yer sakinləri bu hadisəni görə bilməyəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31