xebermen.az

Emin bütün qonorarını onlara bağışladı

20-04-2026, 13:06

 

Məşhur müğənni və iş adamı Emin Ağalarov Dağıstanda baş vermiş dağıdıcı daşqınlardan zərər çəkənlərə kömək məqsədilə 120 min dollar vəsait ayırıb.

Yardımın 90 min dollar məbləğindəki ilk hissəsi artıq 17 aprel tarixində Rusiya Qızıl Xaç Cəmiyyətinə köçürülüb.
Ağalarov bu qərarını Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında elan edib.
Sözügedən vəsait sənətçinin 13-16 aprel tarixlərində İrkutsk, Krasnoyarsk, Novosibirsk və Tomsk şəhərlərində keçirdiyi dörd konsertdən əldə etdiyi tam qonorar hesabına formalaşıb.
İfaçı konsertlərdən gələn gəlirin üzərinə öz şəxsi vəsaitini də əlavə edərək məbləği artırıb.
Toplanan bütün vəsait fəlakətdən zərər çəkmiş sakinlərə ünvanlı yardım göstərilməsi üçün Rusiya Qızıl Xaç Cəmiyyətinin hesabına köçürüləcək.

Mənbə: www.bakupost.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31