xebermen.az

Məşhur uşaq qidasında siçan zəhəri tapıldı: Azərbaycanda da satılır

20-04-2026, 13:07

 

Avstriyada məşhur "Hipp" markalı uşaq qidasında siçan zəhəri tapılıb.

Bu barədə BBC məlumat yayıb.

Polisin məlumatına görə, Burgerland bölgəsində yaşayan müştəri marketdən tərəvəz püresi alıb. Lakin məhsulun qabının qapağı açıq vəziyyətdə olub.

Müştərinin şikayətindən sonra, analizlər nəticəsində məlum olub ki, məhsulun içərisində siçan zəhəri var. Məlumata görə, xoşbəxtlikdən körpə həmin qidadan yeməyib.

"Hipp" şirkəti dərhal bu markaya aid məhsulları təkcə Avstriyada deyil, həm də Sloveniya, Macarıstan, Xorvatiya və İtaliyadakı 1500 supermarketdən geri çağırıb.

Qeyd olunub ki, hadisə Avstriyada kənar cinayət müdaxiləsi nəticəsində baş vermiş ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31