xebermen.az

Çin alimləri Ay süxurunda iki yeni mineral aşkarlayıblar

25-04-2026, 12:12

 

Çin tədqiqatçıları "Çanye-5" kosmik zondu vasitəsilə Aydan Yer planetinə çatdırılan torpaq nümunələrində əvvəllər məlum olmayan iki mineral tapıblar.

Bu barədə məlumatı Çin Mərkəzi Televiziyası yayımlayıb.

Xəbərə görə, Çin Milli Kosmik İdarəsi tərəfindən yeni aşkarlanmış bu təbii kimyəvi elementlərin birinə "maqneziumlu çanyeit", digərinə isə "seriumlu çanyeit" adı verilib.

Xatırladaq ki, "Çanye-5" missiyası 2020-ci i noyabrın 24-də Aya göndərilmişdi. Zond 23 günlük səfərdən sonra özü ilə bərabər iki kiloqrama yaxın reqolit gətirərək geri dönüb. Mütəxəssislərin bu nümunələri dərindən analiz etməsi nəticəsində əldə olunan vacib göstəricilər gələcəkdə Yerin peykində elmi-tədqiqat stansiyasının qurulması planlarında tətbiq ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31