xebermen.az

Kiyevə dron hücumu: 10-dan çox yaralı var

4-05-2025, 17:07

 

Ötən gecə Rusiya dronlarının hücumu nəticəsində Kiyevdə yaralananların sayı artıb.

Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

"Kiyevdə yaralıların sayı 2-si uşaq olmaqla 11 nəfərə çatıb", - deyə məlumatda bildirilib.

Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumata görə, mayın 4-ə keçən gecə Rusiya Ukrayna ərazisinə ümumilikdə 165 zərbə dronu ilə hücum edib. Hava hücumu nəticəsində Kiyev, Xarkov, Dnepropetrovsk, Çerkassı vilayətləri ziyan görüb.

Obolon, Svyatoşin və Şevçenko rayonlarında PUA-ların qalıqlarının düşməsi nəticəsində yanğınlar və bəzi dağıntılar qeydə alınıb. Dronlardan biri çoxmərtəbəli binada yanğına səbəb olub. Həmçinin, paytaxtın ticarət mərkəzlərindən birinə ziyan dəyib. 10-a yaxın avtomobil yanaraq yararsız hala düşüb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930