xebermen.az

İsrail Qəzzada hərbi əməliyyatı genişləndirir

21-05-2025, 00:46

 

İsrail ordusu özünümüdafiə çərçivəsində Qəzza zolağında əməliyyatı genişləndirir, lakin girovların azad edilməsi ilə bağlı razılıq əldə olunarsa, “hərəkətlərini tənzimləməyə” hazırdır.

Bunu İsrail ordusunun baş qərargah rəisi Eyal Zamir deyib.

O vurğulayıb ki, İsrail tərəfi Fələstinin HƏMAS hərəkatı tam məğlub olana qədər əlavə ərazilər üzərində operativ nəzarət yaradacaq, terrorçuların infrastrukturunu təmizləyəcək və məhv edəcək .

Onun sözlərinə görə, girovların xilas edilməsi əməliyyatın prioritet məqsədi olaraq qalır.

Daha əvvəl bildirilmişdi ki, Fələstinin HƏMAS hərəkatı Amerikanın xüsusi nümayəndəsi Stiven Vitkoffun girovların azad edilməsi və atəşkəs planını qəbul etməkdən imtina etdiyi üçün İsrail Dohadan nümayəndə heyətini geri çağırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930