xebermen.az

Rusların daha bir yuxusuz gecəsi: Ukrayna bu vilayətlərə hücum edib

8-12-2025, 09:53

 

Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın hücumlarının qarşısını alıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat yayıb.

Bildirilir ki, ötən gecə Rusiya regionları üzərində Ukraynaya məxsus 67 pilotsuz uçan aparat vurulub.

Nazirlikdən bildirilib ki, hücum dekabrın 7-dən 8-nə keçən gecə baş verib. Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 67 PUA-nı məhv edib. Onların əksəriyyəti Bryansk və Saratov vilayətləri üzərində vurulub. Daha 11 pilotsuz təyyarə Rostov vilayəti, 9-u isə Volqoqrad vilayəti üzərində vurulub.

“Kursk, Leninqrad, Tula vilayətlərinin əraziləri və Moskva vilayəti üzərində hər birində 2 PUA, Kaluqa, Oryol və Smolensk vilayətlərinin əraziləri üzərində hər biri 1 PUA” vurulub, - Rusiya Müdafiə Nazirliyi bildirib.

Xatırladaq ki, analoji vəziyyət dekabrın 6-dan 7-nə keçən gecə də yaranıb. Həmin gecədə 77 PUA vurulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31