xebermen.az

Rusiya Xəzər dənizi üzərində 8 PUA vurdu

9-12-2025, 09:53

 

Hava hücumundan müdafiə qüvvələri bir gecədə Rusiya regionları üzərində Ukraynaya məxsus 121 pilotsuz təyyarəni vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, bazar ertəsi saat 23:00-dan çərşənbə axşamı səhər saat 7:00-a qədər hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində 49 Ukrayna PUA-nı vurub. Daha 22-si isə Krım üzərində məhv edilib.

Həmçinin Ryazan vilayətində 10, Voronejdə 9, Xəzər dənizində isə 8 pilotsuz təyyarə vurulub.

Düşmənin 5 pilotsuz uçuş aparatı Rostov vilayəti və Kalmıkiya əraziləri üzərində, 4-ü Nijni Novqorod vilayəti üzərində, 3-ü Lipetsk üzərində zərərsizləşdirilib.

Bundan əlavə, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Kursk vilayəti və Krasnodar diyarı üzərində hər biri iki, Bryansk və Tula vilayətlərinin hər biri üzərində isə bir pilotsuz təyyarə vurub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31