1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günüdür
Noyabrın 1-i Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
Bu peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il oktyabrın 9-da imzaladığı Fərmanla təsis edilib.
Kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm sahələrindən biri olmaqla, ərzaq təhlükəsizliyinin təmin edilməsində, regionların inkişafında və əhalinin məşğulluğunda xüsusi rol oynayır. Ölkədə taxılçılıq, pambıqçılıq, üzümçülük, baramaçılıq, meyvəçilik və tərəvəzçilik aqrar sektorun əsas istiqamətlərindəndir.
Son illər kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi, suvarma sistemlərinin yenilənməsi, fermerlərə dövlət dəstəyinin genişləndirilməsi və məhsuldarlığın artırılması istiqamətində tədbirlər həyata keçirilir.
Bu gün kənd təsərrüfatının inkişafına töhfə verən fermerlərin, torpaq mülkiyyətçilərinin, aqronomların və digər sahə əməkdaşlarının əməyinin qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: