xebermen.az

Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika

Bu gün, 16:00

 

Bu il Almaniya vətəndaşları Rusiyaya sığınacaq üçün daha çox müraciət ediblər. Onlar bu mənada Avropa İttifaqı ölkələri arasında liderlik ediblər.

Bu barədə "RİA Novosti" məlumat yayıb. Nəşr Rusiya Daxili İşlər Nazirliyinin məlumatlarına istinad edib.

Məlumata görə, təkcə yanvar-sentyabr ayları arasında 49 alman sığınacaq üçün müraciət edibmiş. Latviya siyahıda ikinci (36), Litva isə üçüncü (12) olub.

Eyni zamanda, estonlar və italyanlardan yeddi, Fransa vətəndaşlarından isə altı sığınacaq müraciəti daxil olub. Oxşar müraciətlər Bolqarıstan və Çexiya vətəndaşlarından (hər birindən dörd), yunanlardan və polşalılardan (hər biri üç) da qeydə alınıb. Həmçinin il ərzində müraciət edənlərin arasında Macarıstan, Danimarka, İspaniya, Hollandiya və Slovakiya vətəndaşları da olub. Bu ölkələrin hər birindən cəmi bir nəfər belə bir təşəbbüs irəli sürüb.

Rusiyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında 136 Avropa İttifaqı vətəndaşı sığınacaq üçün müraciət ünvanlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30