Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
Rusiyada yaşayan təqaüdçülərin sayı açıqlanıb.
Ölkədəki təqaüdçülərin sayı artıq 40,5 milyonu keçib. Nəşr Rusiya Sosial Fondunun məlumatlarına istinad edib.
"1 sentyabr 2026-cı il tarixinə əsasən ölkədə təqaüdçülərin sayı 40,519 milyon nəfər olub", - məlumatda qeyd edilib.
Məqalədə o da vurğulanıb ki, son 12 ayda Rusiyada həm işləyən, həm də işləməyən vətəndaşlar üçün orta pensiya məbləği artıb. Bu ilin sentyabr ayında pensiya 25.469 rubl təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 23.520 rubl təşkil edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: