xebermen.az

Azərbaycanda "Elektron ticarət haqqında" qanunun əhatə dairəsi genişləndirilir - Yeni qayda

Dünən, 16:27

 

Azərbaycanda "Elektron ticarət haqqında" qanunun əhatə dairəsinin genişləndirilir.

Bu, qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, ölkə Prezidentinin 22 iyul 2022-ci il sərəncamı ilə təsdiqlənmiş "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planında elektron ticarət üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi (maneələrin aradan qaldırılması) və qanunsuz ticarət əməliyyatlarının azaldılmasının təşviqi nəzərdə tutulub.

Təqdim edilən qanun layihəsinə əsasən "Elektron ticarət haqqında" qanunun yalnız ölkə ərazisində həyata keçirilən elektron ticarətə tətbiqini nəzərdə tutan müddəa (məhdudiyyət) ləğv edilir, "texnoloji neytrallıq" anlayışı və müvafiq prinsip qanuna daxil edilir, "POS-terminal" anlayışı dəqiqləşdirilir və mövcud təcrübəyə uyğunlaşdırılır, ödənişin həyata keçirilməsi ilə bağlı müddəalar təkmilləşdirilir, elektron ticarət sahəsində ödəniş üsullarının təkmilləşdirilməsindən irəli gələrək bəzi uyğunlaşdırıcı dəyişikliklər edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30