xebermen.az

Hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir

Dünən, 16:32

 

Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında“ qanunlara dəyişiklikdə öz əksini tapıb.

Leytenant hərbi rütbəsində olma müddəti təhsil müddəti 5 il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün – 2 il (aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün – 1 il), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda – 1 il müəyyən edilir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30